2026-cı ilin yanvar–fevral aylarında Çinin ticarət profisiti 213,6 milyard dollara yüksəlib. Bu, əvvəlki dövrlə müqayisədə kəskin artım deməkdir.
“Reuters” agentliyinin məlumatına görə, yeni ilin ilk iki ayında Çin ötən ilin eyni dövrüylə müqayisədə 21,8% çox məhsul ixrac edib, idxalsa 19,8% artıb.
ABŞ ilə ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% azalaraq 88,22 milyard dollara düşüb. Avropa Birliyilə ticarətsə 19,9% artaraq 998,94 milyard yuana çatıb.
Eyni zamanda, ASEAN ölkələriylə də ticarəti 20,3% artaraq 1,24 trilyon yuana çatan Çinin ticarət həcmi rekord səviyyədə yüksəlib.



