Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Maykl Uolts ilə telefon danışığı zamanı Moskvanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini açıqlayıb.

Onun sözlərinə görə, Rusiya uzunmüddətli və Moskvanın maraqlarını və narahatlıqlarını nəzərə alan sülh yolu ilə nizamlanmaya can atır.

“Ukraynada təklif olunan müvəqqəti atəşkəs ukraynalı hərbçilər üçün sadəcə bir fasilədir. Sülh görüntüsü yaradan addımlar heç kimə lazım deyil”, – deyə Uşakov vurğulayıb.

Xatırladaq ki, daha öncə Ukrayna ABŞ-ın təklifi ilə bir aylıq atəşkəsə razılaşmışdı.