Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan baş nazirini şantaj edib. Belə ki, O, brifinqdə jurnalistin sualına cavab verərəkən Paşinyanın ‘’Erməni genosidi’’ barədə Davos iqtisadi formunda dediklərinə şərh verərəkən Ermənistan baş nazirinin fikirlərini ereməni xalqının və icmasının mövqeyindən fərqli mövqe kimi qiymətləndirib.

Üstəlik deyib ki, məsələ ilə bağlı Rusiyanın mövqeyi aydındır və Dövlət Dumasının müvafiq sənədində əks olunub. Yəni Paşinyanın inkar etdiyi ‘’Erməni genosidi’’ iddiasını Rusiya qəbul və təsdiq edir. 

Zaxarovanın bu bəyanatında iki mühüm məqam ortaya çıxır. 

  1. Rusiya nəinki Qarabağ məsələsinin həllinə mane olmaq istəyir və sülhün qarşısında maneədir, hətta tarixi bir uydurmanın da arxasında durmaqla millətlər arasında düşmənçilik olduğunu və bunun tarixi kökləri olduğunu ‘’sübut etməyə’’ çalışır. 
  2. Paşinyanın bu düşmənlikdən daha çox Ermənistanın və erməni xalqının ziyan gördüyünü və görəcəyini anlayaraq geri çəkilməsindən narahat olduqları üçün onu tarixi erməni irsindən imtina etməkdə ittiham edərək bir növ ‘’antimilli’’ mövqeyini ifşa edir. Bu ifşa isə açıq aşkar şantaj və təzyiq xarakterlidir. Paşinyan isə başa düşür ki, indi SSRİ yoxdur və Ermənistan iki türk dövləti arasında Rusiyanın iddialarının qurbanına çevrilə bilər. Bir halda ki, Rusiya özü də dünya siyasət səhnəsindən ciddi yaralarla geri çəkilməkdədir, o zaman İrəvan niyə başının çarəsinə baxmasın. 

Azərbaycanın isə bu məsələdə sərgiləməli olduğu mövqe Rusiyadan izahat tələb etmək olmalı idi. Bu olmadı. Görəsən, niyə? 

POLİTFM.COM