Cərimə və maliyyə sanksiyalarının elə bir ağlagəlməz həddi müəyyənləşib ki, bu hüquqpozmaya tüş gələn insan ilk növbədə haradan və kimdən necə borclanaraq canını qurtarmaq haqqında düşünəcək.
Cərimələrin ədalətsiz tərəfi ondan ibarətdir ki, cərimələrin maliyyə yükü ilə azgəlirli sosial təbəqələrin aldıqları əməkhaqqının məbləği arasında böyük bir disbalans var.
Ölkəmizdə hazırda minimum əməkhaqqının 345 manat və orta aylıq əməkhaqqının məbləği isə 997 manat olduğu halda 4000-5000 manatlıq cərimə məbləğinin müəyyən edilməsi hüquq məsələsi deyil, hüququn əksi olan istismarçılıq formasıdır. Bu zaman hüquqi nəticələr doğracaq halların azaldılmasından daha çox, cərimələr hesabına dövlət büdcəsinin doldurulması vasitəsi olduğu sezilir.
Bu cərimələrin fantastik məbləğinə baxanda bütün çılpaqlğı ilə görmək olur ki, məqsəd hüquqpozmaları mimimumlaşdırmaqdan daha çox büdcəyə daha çox əlavə maliyyə vəsaitlərinin daxilolmasını təmin etməkdir.
Bu ölkədə avtomobil almaq avtomobil saxlamaqdan çətin olub. Çünki cərimələr hüquqpozmanı tənzimləmə alətindən çıxaraq dövlət büdcəsinin daxilolma maliyyə mənbəyi rolunu oynamağa başlayıb.
Məqsəd təhlükəsizlik tədbirlərini önləmək, hüquqpozmaları minimumlaşdırmaq və hüquqa hörməti artırmaq üçün yox,
dövlət büdcəsini cərimələr hesabına doldurmaq üçündür.
Məmməd Talıblı, ekspert, şərhçi