Ana Səhifə İqtisadiyyat POSTNEFT DÖVRÜNÜN AYAQ SƏSLƏRİ – CƏRİMƏ İQTİSADİYYATI

POSTNEFT DÖVRÜNÜN AYAQ SƏSLƏRİ – CƏRİMƏ İQTİSADİYYATI

60


Postneft dövrünün pul çatışmazlığı fiskal potensialı artırmaq məqsədilə fiksə edilmiş (sabit) gəlir mənbələrini deyil, təsadüf
gəlir mənbələrini (lotoreyadan gəlir, cərimə və sanksiyalardan daxilolmalar və s.) gündəmə gətirib.

Bununla bağlı Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edib. Məlumat üçün bildirim ki, cərimələrlin məbləğinin artırılması ilə bağlı sonuncu tədbir 2023-cü ilin iyul ayında olmuşdu. Demək hər il cərimələrin artırılmasına yenidən baxılır.

Azərbaycan parlamenti hüquqpozma hallarına görə elə yüksək cərimə məbləği təyin ediblər ki, ona inanmaq belə mümkün deyil. Yeni cərimə hədləri ilə tanış olaq;
avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək,
məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək,
avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.

Bununla yanaşı tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manatadək qaldırılıb. Və eyni hərəkəti bir il ərzində iki dəfə edən şəxs 700 manat cərimə ediləcək, yaxud barəsində 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.

Cərimələrin bu qədər yüksək məbləğdə müəyyən olunması
haqlı olaraq çoxlu sayda suallar doğrur:

Yeni cərimə hədləri ilə hüquqpozma hallarının minimuma endirməyi nəzərdə tutur?

Cərimələrin məbləği ölkədəki orta aylıq əməkhaqqının məbləğinə nə dərəcədə adekvatdır?

Bu cərimələrin yüksək həddi hüquqpozmanın azaldılmasına, yoxsa daha çox büdcəyə vəsait daxilolmasına hesablanıb?
Təbii ki, suallara cavablar var. Daha geniş və əhatəli rəyimizlə “Turan” İnformasiya Agentliyinin saytında tanış olmaq olar.

Məmməd Talıblı