Ana Səhifə Manşet ‘’YALNIZ TEZ ÖYRƏNƏNLƏR SAĞ QALACAQ”

‘’YALNIZ TEZ ÖYRƏNƏNLƏR SAĞ QALACAQ”

1

Ukraynanın sabiq Baş Qərargah rəisi, general Valeriy Zalujnı bu müharibənin Ukrayna xalqına — və bütövlükdə dünyaya — nə öyrətdiyini dəyərləndirib. Onun sözləri təkcə müharibə ilə bağlı deyil. Bu sözlər sağ qalmaq, liderlik və azadlığın dəyəri haqqındadır.
Ukraynanın mövcudluğu uğrunda apardığı mübarizədən 10 dərs:

1. Biz dövlətik. 2022-ci il fevralın 24-də Ukrayna sağ qaldı, çünki sadə insanlar təslim olmağı rədd etdilər. Bunu nə institutlar, nə də abstrakt anlayışlar etdi — insanlar etdi. Təhlükəsizliyin həmişə müəyyən bir qiyməti olur və bizim cəmiyyət bu qiyməti ödəməyə hazır olmalıdır.

2. Düşmən təbliğatın təqdim etdiyi qədər güclü olmur. Güc tanklarla və ya raketlərlə ölçülmür, ruhla — böyük güc qarşısında belə müqavimət göstərmək iradəsi ilə ölçülür.

3. Böhran anında kömək etməyən qonşu, probleminin bir hissəsinə çevrilir. Dostluq qarşılıqlı olmalıdır. Dost olmaq istəməyənlərə qarşı isə müdafiə olunmağı bacarmaq lazımdır.

4. Döyüş meydanında məğlubiyyət, başqa sahələrdə hücumlara yol açır. Əgər düşmən səni açıq müharibədə sındıra bilmirsə, arxa cəbhədə — diversiya, terror və müttəfiqlərinə təzyiq yolu ilə hücuma keçəcək.

5. Müharibədə möcüzə yoxdur. Sadəcə qanunlar var — bəziləri tarix qədər qədim, bəziləri isə yenicə formalaşmış. Bu qanunları görməzlikdən gəlmək məğlubiyyəti özün çağırmaq kimdir. Onları öyrənmək isə daha baha başa gələ bilər.

6. Qələbə tənha ola bilər. Bütün müttəfiqlər qətiyyətli qələbəni arzulamır; bəzən sənin uğurun onların maraqları ilə toqquşur. Başqalarına fayda gətirməyən silahlar nadir hallarda verilir.

7. İnsan ən qiymətli resursdur. Əsgərlər yalnız fiziki olaraq deyil, psixoloji cəhətdən də itirilə bilər. Düşmən həm bədəni, həm də ruhu məhv etməyə çalışır. İnsanları qorumaq, qələbəni qorumaq deməkdir.

8. Hər qələbə dərhal əldə edilmir. Bəzi uğurlar dərhal əldə olunmalıdır, bəziləri isə uzunmüddətlidir. Strategiya — bunlar arasında düzgün seçim etməkdir.

9. Müttəfiqlər hər zaman sənin gördüyünü görə bilmir. Hətta ən aydın olan həqiqət belə başqalarına çatmaq üçün vaxt tələb edə bilər. Liderlik — həmin həqiqəti təkrar-təkrar aydın şəkildə anlatmaqdır — ta ki danılmaz olsun.

10. Müharibənin hər günü ya bir dərsdir, ya da ölümdür. Ən yaxşısı, dərsləri sülh vaxtı öyrənməkdir. Amma sülh uğursuz olarsa, yalnız tez öyrənənlər sağ qalacaq.

Bu dərslər yalnız Ukrayna üçün deyil — bütün dünya üçün önəmlidir.

Yazı Professor Roman Şermetianın Lİnkedin səhifəsindən götürülüb.