Stavropol diyarından görüntülər (foto: “Exilenova+”)


Ötən gecə Ukrayna PUA-ları Rusiya ərazisinə zərbələr endiriblər. Stavropol diyarındakı neft emalı zavodu vurulub.

Regionun qubernatoru Vladimir Vladimirov dron hücumu nəticəsində Vyazniki sənaye zonasında yanğın başladığını açıqlayıb (“Ukrainskaya pravda”).

Daha əvvəl – iyulun 9-da Ukrayna qüvvələri Tverdə və Stavropol diyarının Mixaylovsk şəhərindəki neft məhsulları bazalarını vurmuş, hər iki obyektdə güclü yanğınlar qeydə alınmışdı.

Moskva meri Sergey Sobyanin isə paytaxta hücumlar barədə məlumat verib. O, sosial şəbəkə hesabında yazıb ki, şəhər ətrafında 11 PUA məhv edilib.
“Domodedovo” hava limanı reyslərin uzlaşdırılması rejiminə keçib, “Jukovski” hava limanında isə uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub.

“Politfm”