Ana Səhifə Manşet Ukrayna müharibəsi Ərdoğanla Bayraktarları toqquşdurdu

Ukrayna müharibəsi Ərdoğanla Bayraktarları toqquşdurdu

8
Ərdoğanla “Baykar” şirkəti arasında fikir ayrılığı yaranıb.
 
Türkiyədəki mənbədən “Politfm”ə daxil olan məlumatda deyilir ki, AKP sədri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl partiyasının qurup toplantısında Rusiya prezidenti Putindən “Bayraktar”ın birgə istehsalına dair təklif aldıqlarını və dəyərləndirəcəklərini deməsi ailədə narahatlıq və narazılıq yaradıb.
 
Belə ki, “Baykar” şirkətinin sahibi olan Bayraktar ailəsi onlaradan xəbərsiz verilən bu açıqlamanı özlərinə qarşı sayğısızlıq kimi qiymətləndirməklə yanaşı ciddi siyasi səhv hesab ediblər.
 
Buna görə də məhz dərhal yeni zavodun Ukraynada tikiləcəyi barədə açıqlama verilib. Mənbə bildirir ki, xüsusilə, Ukrayna Rusiya məsələsində Bayraktar ailəsi ilə Ərdoğan ailəsi arasında ziddiyyətlər var. Bayraktar ailəsi hər nə qədər pulun önəmli olmadığını əsas Ukraynanın yanında olmaq olduğunu bildirsələr də, onların Kiyevə maddi qarşılığı olmadan “Bayraktar” vermələrini Ərdoğan özünün yürütdüyü balanslı siyasətə zidd sayıb. Üstəlik, Ərdoğanın Rusiya ilə işbirliyi içərisində olan şirkətlərin siyahısına “Bayraktar”ı da əlavə etmək istəməsi ailədə xoş qarşılanmayıb.
 
Politfm