Foto: NV



2030-cu il Ukraynanın Aİ-yə üzv olması üçün “mümkün tarixidir”.
Avropa İttifaqının bu ölkədəki səfiri Katarina Maternova belə deyib.

Onun sözlərinə görə, hamı Ukraynanın Aİ-yə üzvlük üçün tələb edilən şərtləri yerinə yetirməyə hazır olduğunu görür.

“Danışıqlar üzrə klasterlər çoxsaylı dəyişikliklər tələb edəcək, amma hazırda söhbət konkret sahələr üzrə rəsmi texniki danışıqlardan gedir” deyə, səfir bildirib.
Maternova qeyd edib ki, sonrakı mərhələlərin vaxtı Ukraynanın zəruri qanunvericilik və institusional islahatları nə qədər sürətlə həyata keçirə biləcəyindən asılı olacaq.

O, digər klasterləri artıq bu yay açmaq mümkün olacağına ümid etdiyini bildirib. Bundan sonra Kiyev əlavə razılaşdırma prosedurlarından keçməli və bir sıra aralıq tələbləri yerinə yetirməlidir.

Eyni zamanda, səfir hesab edir ki, Ukrayna qanunvericiliyinin Aİ normalarıyla hazırkı uyğunlaşma səviyyəsi artıq üzvlüklə bağlı məzmunlu danışıqlara başlamağa imkan verir.

“Politfm”