Azərbaycan hökuməti isə qurudan “təhlükə” gözləyir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi oktyabr ayı üzrə xarici ziyarətçilərin statistikasını açıqlayıb. Oktyabr ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı keçən ilin eyni ayı ilə müqayisədə 9,25 faiz artaraq 5,45 milyona çatıb. Yanvar-oktyabr dövründə xarici ziyarətçilərin sayı 7,03 faiz artaraq 47,3 milyon nəfər təşkil edib.
Oktyabr ayında xarici ziyarətçilər arasında Almaniya vətəndaşları 925 min 928 nəfərlə birinci, Rusiya vətəndaşları 776 min 618 nəfərlə ikinci və İngiltərə vətəndaşları 530 min 586 nəfərlə üçüncü yeri tutublar.
Bəli, qardaş ölkə 10 ay ərzində 47 milyon ziyarətçi qəbul edib. Belə çıxır ki, Türkiyə dövlət təhlükəsizliyini önəmli saymır və buna görə də quru sərhədlərini bağlamır? Əlbəttə ki, bu cəfəng iddia, cəfəng əsaslandırma olardı. Ölkə əhalisinin yarısından çoxu qədər əcnəbi ölkəyə gəlib, amma Türkiyə dövlətinə heç bir təhdid yoxdur. Əksinə, bu, Türkiyənin turizm potensialından xəbər verir və dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur.
Azərbaycan hakimiyyəti isə hava yoluyla gələn qonaqların niyyətinin təmiz olduğuna inanır, quru yolla gələnlərdən isə şübhələnir. Reallıq isə budur ki, quru sərhədlərin bağlanması birbaşa ölkə vətəndaşının zərərinə, hava sərhədlərinin açıq olması isə bir qrup monopolistin xeyirinə işləyir. Azərbaycan o nadir ölkələrdəndir ki, 1-2 nəfərin marağına görə milyonlarla insanın haqqı-hüququ asanlıqla tapdana bilir.
Politfm


