Foto: internet

 

Dövlət Statistika Komitəsi (DSK) 2026-cı ilin ilk iki ayı üzrə demoqrafiq göstəriciləri açıqlayıb. Rəqəmlər ölüm hallarının doğuş sayını üstələdiyini göstərir. 

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 14.276 nəfər və ya 0,04 faiz artaraq 10.266.627 nəfərə çatıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 14.797 doğuş qeydə alınıb. 2025-ci ilin müvafiq dövrüylə müqayisədə əhalinin hər 1000 nəfəri üzrə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşüb. Doğulan körpələrin 53,7%-i oğlan, 46,3%-i qızdır.

İlk iki ayda 10.878 ölüm faktı qeydə alınıb. Bu, 2025-ci ilin müvafiq dövrüylə müqayisədə əhalinin hər 1000 nəfəri üzrə göstəricinin 6,3-dən 6,6-ya qalxması deməkdir.

İlk iki ayda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 5.250 nikaha daxilolma və 3.376 boşanma qeydə alınıb. 2025-ci ilin müvafiq dövrüylə müqayisədə əhalinin hər 1000 nəfəri üzrə nikah sayı 4,7-dən 3,2-yə, boşanma sayı isə 2,1-dən 2-yə düşdüb.

“Politfm”