Ana Səhifə Manşet Pünhan Kərimlinin barəsində hökmdən apellyasiya şikayəti verilib

Pünhan Kərimlinin barəsində hökmdən apellyasiya şikayəti verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü,  Almaniyadan deportasiya edildikdən sonra narkotik maddələrə  görə 6 il müddətinə mühakimə olunan Pünhan Kərimli apellyasiya şikayəti verib.

Fəalın atası Vahid Kərimov Turan-a bildirib ki, şikayətə sentyabrda baxılacaq. O hesab edir ki, oğlu siyasi motivlərlə təqib olunur. “Oğlum heç ifadə verməyib. Onu işgəncə altında hansısa mətni imzalamağa məcbur ediblər”, – ata deyib və əlavə edib ki, narkotik maddəni polis əməkdaşları özləri qoyublar.

*Pünhan Kərimli Almaniyadan readmissiyadan bir ay yarım sonra, bu ilin yanvarında həbs edilib. O əmindir ki, Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarında iştiraka görə təqib edilir.

İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Pünhan Kərimlini 6 il müddətinə azadlıqdan məhrum edib.