İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani (foto: “jam-news.net”)
Gürcüstanla həmsərhəd ərazilərin İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi əməliyyatlar üçün dayaq məntəqəsi kimi istifadə olunmasına imkan verilməyəcək.
Bunu İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani iyunun 11-də, Tbilisidə keçirdiyi mətbuat konfransında deyib (“JamNews”).
O bildirib ki, İran hökuməti Gürcüstan da daxil olmaqla, qonşu ölkələrə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı ətraflı məlumat təqdim edib.
Mocaninin sözlərinə görə, Tehran bir sıra dövlətlərə açıq şəkildə çatdırıb ki, “İranın düşmənlərinə dəstək verilməsi və onlar üçün fəaliyyət imkanlarının yaradılması cavabsız qalmayacaq”.
O həmçinin əlavə edib ki, İranın təhlükəsizliyinə təhdid yaradan ölkələrin ərazilərində yerləşən hərbi bazalar qanuni özünümüdafiə çərçivəsində hədəfə çevrilə bilər.
“Politfm”



