Dronların çırpıldığı ərazidə yerləşən neft çənləri, Rezekne, Latviya, 7 may 2026 (foto:Janis Laizans/ “Reuters”)
Bu gün – mayın 7-də Latviya ərazisinə iki pilotsuz uçuş aparatı daxil olub və qəzaya uğrayıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Latviya ordusunun məlumatına görə, dronlardan biri Rusiya sərhədindən təxminən 40 kilometr aralıda yerləşən Rezekne şəhərindəki neft anbarının ərazisinə düşüb. Hadisə nəticəsində boş neft çənlərinə ziyan dəyib.
Polis və yanğınsöndürmə xidməti ərazidə qəzaya uğramış drona aid ola biləcək qalıqların tapıldığını bildirib. Yanğınsöndürənlər təxminən 30 kvadratmetrlik sahədə əmələ gəlmiş tüstülənmə söndürüblər.
Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, dronlar, böyük ehtimal, Ukrayna tərəfindən Rusiyadakı hədəflərə qarşı buraxılıb. Hadisə yerinə NATO-nun Baltik hava patrulu missiyasına aid hərbi təyyarələr göndərilib.
Latviya hökuməti sərhədyanı bölgələrin sakinlərinə evdə qalmaq barədə xəbərdarlıq edib. Rezekne bələdiyyəsi bu gün bütün məktəblərin bağlanğını açıqlayıb.
Mart ayının sonlarında Ukraynaya məxsus olduğu ehtimal edilən bir neçə dron Latviyaya, eləcə də NATO üzvləri olan Estoniya və Litva ərazilərinə düşmüşdü. Dronlardan biri elektrik stansiyasının bacasına çırpılmış, digəri isə donmuş gölə düşərək partlamışdı.
Məlumata görə, həmin dronlar Rusiyadakı hərbi hədəfləri vurmaq üçün buraxılmışdı.
Baltik ölkələrinin xarici işlər nazirləri aprel ayında bildirmişdilər ki, onların ərazisi və hava məkanı Rusiyaya qarşı dron hücumları üçün istifadə olunmayıb.
“Politfm”



