İsrailin müdafiə naziri Gideon Saar (foto: “Shutterstock”)
İyunun 28-də İsrail hökuməti “erməni soyqırımı”nın rəsmən tanınması lehinə yekdilliklə səs verib. Müvafiq qətnaməni İsrailin xarici işlər naziri Gideon Saar təqdim edib. Növbəti mərhələ sənədin Knessetin (İsrail parlamenti) plenar iclasında səsverməyə çıxarılması olacaq.
Qərar qəbul edildikdən sonra Saar belə deyib: “Doğru addımı atmaq üçün heç vaxt gec deyil”.
Azərbaycan XİN-in açıqlaması
Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, “İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur”.
“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. İsrail hökumətini bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq. Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək” – nazirliyin açıqlamasında belə deyilir.
“Politfm”



