İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir (foto: “Reuters”)
İsrail rəsmiləri ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşmasına münasibət bildiriblər. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib ki, prezident Donald Trampın elan etdiyi sənəd onlar üçün məcburi deyil və “İsrail bu sazişin tərəfi hesab olunmur”.
Ben-Qvir iyunun 15-də öz “Telegram” kanalında yazıb ki, İsrail yalnız “Hizbullah”ın tamamilə ləğv edilməsi şərtinə razılaşa bilər və Livanın cənubunda nəzarətə götürdüyü ərazilərdən geri çəkilməməlidir.
Müdafiə naziri İsrael Kats İsrailin silahlı qüvvələrinin Livan, Suriya və Qəzzada qeyri-müəyyən müddətə qalacağını bəyan edib (“Ynets”). Bu bəyanat Vaşinqton və Tehranın Yaxın Şərqdəki, o cümlədən Livandakı münaqişəyə son qoymaq üçün razılığa gəldiklərini elan etməsindən cəmi bir neçə saat sonra verilib.
Kats bildirib ki, İsrail Müdafiə Qüvvələri “sərhədləri və ölkə icmalarını cihadçı ünsürlərdən qorumaq məqsədilə” Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-məhdud müddətə qalacaq. Bununla belə, o, açıqlamasında ABŞ-İran razılaşmasına birbaşa istinad etməyib.
“Politfm”



