Ana Səhifə Manşet İranın Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir

İranın Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir

7

İranın ali rəhbəri ayətulla Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.

Məlumatı “Mehr” agentliyi yayıb.

Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katbi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək.

Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Məlumata görə, görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada baş verən son hadisələrin müzakirə olunacağı gözlənilir.

Əvvəlki məqaləProkurorluq: Qazinin intiharı ilə bağlı araşdırma aparılır
Növbəti məqaləABŞ Suriyada İslam Dövləti liderinin öldürüldüyünü bildirir