Ana Səhifə Manşet İranın hərbi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib

İranın hərbi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib

İranın hərbi mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səfər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təşkil olunub. Bu barədə avqustun 16-da hərbi idarənin məlumatında deyilir.

Çərşənbə axşamı İranın Bakıdakı səfirliyinin əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin üzvləri Bərdə və Tərtərdə olublar. Orada İkinci Qarabağ Müharibəsi zamanı bu şəhərlərin bombalanmasının nəticələrilə tanış olublar.

İran nümayəndə heyətinin səfəri avqustun 20-dək davam edəcək.