Ana Səhifə Dünya İrandakı zorakılıqlara Azərbaycandan etiraz

İrandakı zorakılıqlara Azərbaycandan etiraz

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri İrandakı dinc aksiyaçılara qarşı zorakılıqla bağlı dünya birliyinə müraciət edib: 
“İran İslam Respublikasında 22 yaşlı Məhsa Amininin əxlaq polisinin zorakılığı ilə üzləşməsi və işgəncələr nəticəsində həyatını itirməsi böyük ictimai narazılıq doğurub. İranın bir çox şəhərlərini kütləvi etiraz aksiyaları bürüyüb və miqyas getdikcə genişlənir. Qadın azadlığı və digər fundamental hüquqların pozulmasına etiraz edən dinc insanlar polis zorakılığı ilə üzləşir. Ölkədə internetə, azad mediaya qoyulan rəsmi qadağa İranda baş verən etirazların dünyaya çatdırılmasına mane olmaqla yanaşı dinc insanlara qarşı qəddarlığın miqyasının da gizlədilməsinə xidmət edir. Qeyri-rəsmi məlumatlara görə, ölkədəki bu etiraz aksiyalarında 50-dən artıq dinc insan həyatını itirib. Onların arasında dinc aksiyalar zamanı Kərəc şəhərində polisin güllələyib öldürdüyü 20 yaşlı gənc qız Hədis Nəcəfi də var. Çox təəssüf ki, müxtəlif səviyyələrdə çağırışlara baxmayaraq dinc aksiyaçılara qarşı zorakılıqlar daha qəddar formada davam edir.
Biz, bu bəyanata imza atanlar, dinc demokratik etiraz edən İran vətəndaşlarına qarşı qanlı zorakılığı pisləyir, qadın azadlığını, ifadə azadlığını dəstəklədiyimizi bəyan edirik. Bütün dünyada, eyni zamanda qonşu İranda fundamental demokratik dəyərlərin bərqərar olması üçün beynəlxalq ictimaiyyəti, beynəlxalq hüquq müdafiə təşkilatlarını bu etirazlara biganə qalmamağa çağırırıq.”
İmzalar:
Anar Məmmədli, hüquq müdafiəçisi
Xədicə İsmayıl, jurnalist
Mehman Əliyev, jurnalist
Şahin Hacıyev, jurnalist
Xaliq Bahadır, jurnalist
Elnur Aslanbəyli, yazar
Şahvələd Çobanoğlu, jurnalist
Sevinc Vaqifqızı, jurnalist
İlqar Cahangir, aktyor
Rövşən Hacıbəyli, jurnalist
Seymur Həzi, siyasətçi
Xaqani Cəfərli, politoloq
Şəmşad Ağa, jurnalist
Qulu Məhərrəmli, jurnalist
Adil Qeybulla, həkim
Pərviz Cəbrayıl, yazar
Natiq Cavadlı, jurnalist
Fəxrəddin Mehdiyev, vəkil
Nemət Kərimli, vəkil
Akif Qurbanov, hüquq müdafiəçisi
Bəşir Süleymanlı, hüquq müdafiəçisi
Xalid Ağəliyev, hüquqşünas
Əlayıf Həsənov, vəkil
Samir Kazımlı, hüquq medafiəçisi
Ələsgər Məmmədli, hüquqşünas
Vidadi Məmmədov, jurnalist
Pərvin Kazımoğlu, jurnalist
Bahar Rüstəmli, jurnalist
Günay İlqarqızı, jurnalist
Mustafa Hacıbəyli, jurnalist
İlyas Babalı, jurnalist
Asif Yusifli, hüquqşünas
Nigar Həzi, siyasi fəal
Ülviyyə Əkbərli, siyasətçi
Rüfət Səfərov, hüquq müdafiəçisi
Kamran Cəfərov, siyasi fəal
Qabil Abbasoğlu, jurnalist
Nailə Yaqublu, jurnalist
Kamran Mahmudov, jurnalist
Elçin Rüstəmli, jurnalist
Yadigar Sadıqlı, tarixçi alim
Bəhruz Bayramov, vəkil
Əsabəli Mustafayev
Rəsul Hüseyinli, tarixçi alim
Bəxtiyar Hacıyev, müstəqil siyasətçi
Aynur Elgünəş, jurnalist
Rəşad Elgün, jurnalist
Zaur Əkbər, hüquq müdafəçisi
Aygün Aslanlı, kinoşünas
Şahin Cəfərli, jurnalist, analitik
P.S.Müraciət açıqdır, hər kəs dəstək verə bilər