Foto: “Bloomberg”


İran hökuməti atəşkəs rejiminin qüvvədə qalan müddəti ərzində Hörmüz boğazını kommersiya gəmiləri üçün açıb.

 

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bu barədə bu gün – aprelin 16-da özünün “X” (“Twitter”) hesabında yazıb:
“Livanda qüvvədə olan atəşkəs rejiminə uyğun olaraq bütün kommersiya gəmilərinin Hörmüz boğazından keçidi atəşkəsin qalan müddəti ərzində tam açıq elan olunur”.

O əlavə edib ki, təhlükəsiz keçid yalnız əvvəlcədən İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatı tərəfindən elan olunmuş koordinasiya marşrutu üzrə həyata keçiriləcək.


“Politfm”