Foto Hikmət Hacıyevin “X” hesabından götürülüb

 


Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Bu barədə Hacıyev məlumat verib.

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik” – o, “X” sosial şəbəkəsindəki hesabında belə yazıb.

Hacıyev qeyd edib ki, görüşdə Azərbaycan-NATO münasibətlərinin möhkəmləndirilməsi istiqamətində əldə edilmiş irəliləyiş müzakirə olunub.

“Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik” deyə, o əlavə edib.

“Politfm”