Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə, 4 noyabr 2023 (foto: Anatoli Stepanov/AFP)
Avropa İttifaqına (Aİ) üzv olan bütün dövlətlər Ukrayna və Moldovayla üzvlük danışıqlarının başlamasına razılıq verib.
Bu barədə iyunun 4-də Ukrayna baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.
“Fantastik xəbərdir. Aİ üzvlüyünə bir addım da yaxınlaşdıq və məqsədimizə doğru ardıcıl irəliləyirik” – Sviridenko “X” sosial şəbəkəsində belə yazıb.
Aİ-yə sədrlik edən Kipr “X” platformasında bildiriş yayaraq hər iki ölkəylə danışıqların ilk fəslinə hazırlıqların başladığını bəyan edib. Bu fəsil hüququn aliliyi və demokratik standartlar kimi fundamental sahələri əhatə edir.
“Bu onların Avropa inteqrasiyası yolunda mühüm mərhələdir, Aİ-nin birliyinə və qətiyyətinə dair güclü mesaj verir” deyə, bəyanatda vurğulanıb.
Macarıstanın Baş naziri Peter Madyar daha əvvəl bildirib ki, Budapeştlə Kiyev arasında Ukraynadakı 100 min nəfərlik macar azlığının hüquqları barədə razılıq əldə olunub. Madyarın sözlərinə görə, Budapeştin Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməsi üçün bu mübahisənin həlli vacib şərtdir.
Ukraynayla Rusiya arasında beçinci ildir davam edən müharibə fonunda Kiyev və Kişinyov 27 ölkədən ibarət Avropa İttifaqına üzv olmağa çalışırlar.
“Politfm”



