Rusiya prezidenti Vladimir Putinin barəsində Beynəlxalq Cinayət Məhkəməsinin həbs sanksiyasından sonra Çin ıideri Si Cinpinin Moskva səfərini təxirə salacağı gözlənilsə də, belə olmadı. Cin rəhbəri əvvəlcədən müəyyən edilmiş tarixdə Rusiya səfərini gerçəkləşdirdi və bunun üçün onun tutarlı əsasları var. Belə ki, Rusiya prezidentinin real vəziyyətini öz gözləri ilə görüb situasiyanı qiymətləndirmək, gələcək addımları bu vəziyyətə uyğun olaraq atmaq üçün bu səfər çox vacib idi. Və Si Cinpin bu fürsəti əldən vermədi.
Səfərin birinci günü Rusiya prezidenti üçün nisbətən ümidverici təsiri bağılasa da, Vladimir Putin dünən özünü əvvəlki günlə müqayisədə daha pis hiss edib və bu, həm onun əhvalına, həm də Çin lideri Si Cinpinlə danışıqların nəticəsinə təsir edib. Əgər bazar ertəsi Putin daha çox danışıbsa və çinli yoldaş dinləyibsə, dünən onların arasında daha təfərrüatlı söhbət olub. Putin istisnasız olaraq, Çin liderinin iqtisadi və maliyyə sahəsindəki təklifləri ilə razılaşıb, həmçinin enerji və enerji resursları sahəsində bütün təşəbbüsləri dəstəkləyib. Qeyd edək ki, Vladimir Putinin razılaşdığı hər şey həqiqətən Çin üçün faydalıdır və Rusiya üçün fayda baxımından son dərəcə şübhəlidir, lakin müharibə aparan ölkənin prezidentinin hərbi sahədə dəstək naminə nə etməlidir ki…
Onlar “Ukrayna” məsələsini müzakirə etməyə başlayanda problemlərə ümumi baxış bitib. Si Cinpin Putini Çinin sülh təşəbbüsləri çərçivəsində güzəştə getməyə inandırmağa çalışıb və Rusiya prezidenti inadla cəbhədəki vəziyyəti yaxşılaşdırmaq üçün kömək istəyib, müharibədə qalib gələ biləcəyinə və Qərb üzərində qələbənin Rusiya-Çin dostluğunun qurbangahına gətirə biləcəyinə əmin olduğunu bildirib. Sədr Si Cinpin mümkün variantları nəzərdən keçirəcəyinə söz verib və Rusiya hərbi sənaye kompleksi üçün lazım olan kəşfiyyat və mallarla kömək edəcəyinə söz verib, qarşılıqlı anlaşma əldə olunarsa, digər məsələlər də zamanla həll ediləcək.
Putin dünən tez yorulub və onun öz maraqlarını təmin etmək həvəsi nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb. Putin çinli həmkarı ilə mətbuata açıqlama verməsi praktiki olaraq ətalətlə icra olunub. Prezident bəyanatı zəif, cingiltili, yorğun səslə, artıq ənənəvi olaraq öskürək və udqunma ilə oxuyub. Deyəsən, Putin çinli həmkarını yaxşı başa düşmür və onun istək və niyyətlərini düzgün qiymətləndirmir. Belə ki, prezident çinli yoldaşlarla mümkün təmaslardan narahat olaraq dünən boş yerə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qısamüddətli “sürgünə” göndərib. Ehtimal var ki, onun Si Cinpinlə ya ünsiyyətindən, ya da Patruşevin orada olmasını istəyə biləcəyindən narahat olub.
Lakin dünən Si Cinpin Təhlükəsizlik Şurasının katibi ilə maraqlanmayıb, o, artıq buna qədər Patruşevlə danışmışdı və artıq onda müəyyən rəy formalaşdırıb. Lakin o, başa düşür ki, Mişustinlə görüş onun üçün vacibdir. Çin lideri Rusiya prezidentinin səhhətinin vəziyyətini yaxşı bilir və indi iqtisadi, maliyyə və digər sahələrdə vədlər və perspektivlər alaraq, o, təkcə Putinə deyil, həm də real varislərinə arxayındır: arxasında təhlükəsizlik qüvvələri ilə Nikolay Patruşevin olduğu Dmitri Patruşev (DFVK-2 vasitəsilə) və Mişustin. Putinin ölümü halında, baş nazir olan şəxs əslində, Rusiyada birinci şəxsə çevrilir və tamamilə qanuni olaraq prezidentin siyasi varisi olmaq şansı var. Nəticədə Moskva səfəri Si Cinpin üçün birmənalı fayda və bəzi məsələlərin həlli, Putin üçün hələ də aydın olmayan perspektivlər gətirmiş olub.
Dadaş Əhmədli