Foto: “m.economictimes.com”
“Bloomberg Intelligence” enerji bazarının aktiv idarəçiləri və digər mütəxəssisləri arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti yaxın bir il ərzində “Brent” markalı neftin bir barelinin orta hesabla 81-100 dollara olacağını deyiblər.
Neft bazarının iştirakçıları düşünürlər ki, Yaxın Şərqdəki müharibənin və Hörmüz boğazının bağlanmasının nəticələri uzun müddət hiss olunacaq.
Respondentlərin təxminən üçdə ikisi hesab edir ki, müharibənin nəticələrinə, onun yaratdığı risklərə və regiondakı qüvvələr balansının dəyişməsinə görə neft qiymətlərindəki artım uzun illər bir barel üçün 5-15 dollar təşkil edəcək.
Bu əlavənin 20 dollar və daha yüksək olacağını rəyi soruşulanların çox az qismi deyib.
“Politfm”



