İkili kodun proyeksiyasından və noutbuk istifadəçilərinin siluetlərindən ibarət illüstrasiya, 28 mart 2018-ci ildə yaradılıb (müəllif: Dado Ruvic/”Reuters”)
Yaxın vaxtlarda güclü kiberhücumlar həyata keçirə bilən süni intellekt (Sİ) modelləri ortaya çıxacaq – “söhbət illərdən yox, aylardan gedir”.
“Reuters” bu barədə beş Qərb ölkəsinin kəşfiyyat xidmətlərinin birgə açıqlamasına əsasən məlumat yayıb.
Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu “Beş Göz” (“Five Eyes”) kəşfiyyat alyansı yeni süni intellekt modellərinin yaratdığı təhlükələrlə bağlı iyunun 22-də yaydığı bəyanatda bildirir ki, yaxın gələcəkdə süni intellekt modelləri “sənayedə mövcud gözləntiləri üstələyəcək” və kibertəhlükəsizlik sahəsində vəziyyəti kökündən dəyişəcək. Yeni modellər bir tərəfdən kibermüdafiə imkanlarını gücləndirəcək, digər tərəfdənsə “kiber-təhdidlərin sürətini, miqyasını və hədəfyönlülüyünü artıracaq”.
“Söhbət illərdən yox, aylardan gedir” deyə, bəyanat müəllifləri vurğulayıblar. Onların dediyinə görə, yaranmış potensial təhlükə yalnız texniki mütəxəssislərin deyil, bütün qurumların və bütövlükdə cəmiyyətin səfərbər olunmasını tələb edir.
“Beş Göz” həmçinin qeyd edib ki, kibertəhlükəsizliklə bağlı risklər artıq yalnız texniki problem kimi qiymətləndirilməməlidir. Bu risklər biznes üçün əsas təhdidlərdən biri və rəhbərliyin birbaşa məsuliyyət sahəsi kimi qəbul olunmalıdır.
“The Guardian” nəşrinin də yazdığı kimi, bu alyans çox nadir hallarda açıq müraciətlərlə çıxış edir və adətən, qeyri-publik müstəvidə fəaliyyət göstərməyə üstünlük verirlər.
“Politfm”



