Foto: “lbcgroup.tv”

 

İyunun 5-də gecə saatlarında ekipajlarında toplam 25 azərbaycanlının olduğu iki xarici yük gəmisinə dron zərbələri endirilib. Hadisə Azov dənizinin Taqanroq körfəzində baş verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti jurnalistlərin sorğusuna cavab olaraq məlumat yayıb.

Bildirilir ki, Azərbaycan dövlətinə məxsus deyil.

“Hücum nəticəsində ümumilikdə beş nəfər vətəndaşımızın həlak olduğu, üç nəfərinsə yaralandığı barədə Rusiya tərəfindən məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər” – XİN-in açıqlamasında belə deyilir.

Ukrayna ordusu Mariupol və Berdyansk limanlarında, eləcə də Rusiyanın nəzarətində olan ərazilərin sahil sularında beş gəmiyə zərbə endirdiyini açıqlayıb. 

Ukraynanın PUA qüvvələrinin komandanı Robert Brovdi deyib ki, dronlar Ukrayna taxılının “oğurlanmasında”, həmçinin hərbi yüklərin və yanacağın daşınmasında iştirak edən yük gəmilərini və bir tankeri vurub.
Onun sözlərinə görə, həmin gəmilərin adları gövdələrindən silinmiş, radarları isə söndürülmüş vəziyyətdə olub.

“Politfm”