Ana Səhifə Dünya Azərbaycandan İran etirazçılarına dəstək bəyənatı

Azərbaycandan İran etirazçılarına dəstək bəyənatı

5

 

İranın istibdad rejiminə qarşı başlamış xalq etirazları ilə bağlı
Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının beynəlxalq ictimaiyyətə
Müraciəti

Avroasiyada tiraniya ilə demokratiya, istibdad ilə azadlıq arasında mübarizənin yeni ünvanı İrandır. İranın istibdad rejimi xalqların öz müqəddaratını təyin etmə hüququnu əzdiyi kimi, insan hüquq və azadlıqlarını amansızcasına məhv edir. İstibdad rehiminin represiya aparatı olan əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin ölümü bunun sübutudur. Bu qanlı cinayətə etiraz olaraq İran vətəndaşları istibdad rejiminə qarşı əliyalın üsyana başlayıb. Bu hərəkat azadlıq, insan haqqları və xalqların öz müqəddaratını təyin etmə hüququ uğrunda xalq üsyanıdır.
Tərəqipərvər bəşəriyyət, azad dünya Ukraynanın Rusiyaya işğalına qarşı müqavimətini dəstəklədiyi kimi İran vətəndaşlarının azadlıq, insan hüquqları və öz müqəddaratını təyin etmə hüququ uğrunda mübarizəsini də eyni qərarlılıq və mütəşəkkiliklə dəstəkləməlidir.
İranda azadlıq və demokratiyanın qələbəsi Böyük Yaxın Şərqdə sülhün, sabitliyin və rifahın açarıdır. İranda baş verən xalq üsyanı bütün regionun gələcəyinə təsir edə biləcək hadisədir. Böyük Yaxın Şərq üçün taleyüklü hadisənin baş verdiyi zamanda İran xalqı ilə bərabər hərəkət etmək azad dünyanın və demokratik dövlətlərin mənəvi-siyasi vəzifəsidir.
Demokratiya Naminə Ukraynaya Dəstək Platforması beynəlxalq təşkilatları və demokratik dövlətləri İran vətəndaşlarının mübarizəsinə dəstək verməyə, öz azadlığı uğrunda mübarizəyə qalxan xalqı istibdad rejimi ilə mübarizədə tək qoymamağa çağırır

Politfm