Foto: internet
“Statcounter Global Stats” mərkəzinin sosial mediadan istifadə paylarına dair 2026-cı ilin iyul ayına olan hesabatına görə, Azərbaycanda ən çox izlənən platforma “YouTube” olub (36,58 faiz).
Bu barədə “İqtisadiyyat.az” saytı məlumat yayıb.
“Similarweb” analitik platforması isə keçən ay Azərbaycanda (android cihazlarında) ən populyar sosial şəbəkə tətbiqi “TikTok” olub. Reytinqdə ikinci yeri “Instagram”, üçüncü yeri isə “TikTok Lite” tutub. Şirkət bildirir ki, reytinq müxtəlif məlumat siqnallarının (məsələn, tətbiqin istifadəsi, istifadəçi fəallığı və digər göstəricilərin) emalı nəticəsində formalaşdırılır.
“Statcounter” öz hesabatlarında “TikTok”un payını göstərmir. Şirkət bunun səbəbi barədə rəsmi açıqlama verməyib.
Onun Azərbaycan üzrə reytinq cədvəlinin ikinci yerində “Facebook” qərarlaşıb (28,45 faiz).
Üçüncü pillədə “Instagram” (12,29 faiz), dördüncüdə “LinkedIn” (6,92 faiz), beşincidə “X” sosial şəbəkəsi (7,97 faiz), altıncıda “Pinterest” (5,86 faiz), yeddincidə “Reddit”dir (3,39 faiz).
Qlobal miqyasda isə iyul ayında ən çox bazar payına malik sosial şəbəkə “Facebook” olub, platformanın istifadə payı aylıq müqayisədə 2,03 faiz bəndi azalaraq 73,21 faiz təşkil edib.
İkinci sırada “YouTube” qərarlaşıb. Onun qlobal miqyasda bazar payı iyul ayında 1,66 faiz bəndi artaraq 9,46 faizə bərabər olub.
Üçüncü yerdə “Instagram”-dır. Platformanın payı 7,13 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi artım qeydə alınıb.
Dördüncü pillədə “X” platformasıdır. Onun bazar payı 5,25 faiz təşkil edib və aylıq müqayisədə 0,02 faiz bəndi artım göstərib.
Beşinci sırada “Pinterest”dir. Onun payı 2,62 faiz olub və ay ərzində 0,18 faiz bəndi azalma qeydə alınıb.
Altıncı yerdə “Reddit”dir. Bu sosial şəbəkə platformasının payı 1,6 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 0,14 faiz bəndi artım göstərib.
Yeddinci sırada “LinkedIn”dir. Platformanın payı 0,46 faiz olub və cüzi azalma (0,01 faiz bəndi) qeydə alınıb.
“Politfm”



