Ana Səhifə Manşet Azərbaycan ordusunun əsgəri həlak olub

Azərbaycan ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə iyulun 14-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə dünən saat 23 radələrində baş verib.

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.