Foto: internet
ABŞ-nin İrana tətbiq etdiyi yeni sanksiyalarına görə sentyabrın 22-dən etibarən bu ölkəylə Azərbaycan arasındakı aviareyslər dayandırılıb.
Bununla bağlı Azərbaycanın İrandakı səfirliyi hazırda orda olan, bilet alıb təyyarə ilə Azərbaycana qayıda bilməyən vətəndaşlara müraciət edib.
Həmin şəxslərə səfirliyə və ya Təbrizdəki Baş Konsulluğa müraciət etmək tövsiyə olunub. Bildirilib ki, ölkə vətəndaşlarının İrandan Azərbaycana sərhəd-keçid məntəqələri vasitəsilə qayıtmasına köməklik göstəriləcək.
İran aviaşirkətlərindən bilet alanlara isə məsləhət görülür ki, pullarını geri almaq üçün elə həmin şirkətlərin bilet satışı ofislərinə yaxınlaşsınlar.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin qaynar xətləri:
+989018845531
+989055230107
+982122596303
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətləri:
+989144721410
+984133334802
“Politfm”



