Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, Kiyev, 31 mart 2026  (foto: Gleb Garanich/”Reuters”)



Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketini təsdiqləyiblər. Eyni zamanda, onlar Ukraynaya daha əvvəl Macarıstan tərəfindən bloklanan 90 milyard avroluq kredit ayrılmasına da razılıq veriblər.

 

Bu barədə “Reuters” agentliyi və “AzadlıqRadiosu”nun Ukrayna şöbəsi (Kiprdəki nümayəndəsinə istinadən) məlumat yayıb. Hazırda Avropa İttifaqı Şurasına Kipr sədrlik edir.

Kiprin Aİ Şurasındakı nümayəndəliyinin sözçüsü bildirib ki, yazılı rəsmiləşdirmə prosedur artıq başladılıb, sabah günün ikinci yarısında başa çatacağı gözlənilir.

Daha əvvəl Slovakiya bəyan etmişdi ki, “Drujba” kəməriylə neft tədarükünün bərpasına zəmanət verilmədən Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski dünənki açıqlamasında bildirib ki, neft kəmərinin təmiri başa çatıb və yenidən istismara hazırdır.

“Politfm”