Foto: “penzavzglyad.ru”

 

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Azərbaycan vətəndaşı Ruslan Məmmədovu saxlayıblar.

Bu barədə “Jamnews” məlumat yayıb.

Rusiya hüquq-mühafizə orqanları onu Perm vilayətindəki Azərbaycan diasporunun liderlərindən biri kimi təqdim edirlər.

İstintaqın versiyasına görə, Məmmədov Perm sakinlərindən birinə ona qarşı cinayət təqibinə xitam verilməsinə rüşvət müqabilində kömək təklif edib.

Ona rüşvətxorluqda vasitəçilik ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə Məmmədov oktyabrın 7-dək həbsdə saxlanılacaq.

Həbs Moskva ilə Bakı arasında münasibətlərdə gərginliyin yenidən artdığı bir vaxta təsadüf edib.
Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev barəsində beynəlxalq axtarış elan edib. Onlara qiyabi olaraq terrorçuluğa və zorakılığa açıq çağırışlar etmək, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına çağırmaq və milli ədavəti qızışdırmaq ittihamları irəli sürülüb.

“Politfm”