İllüstrasiya: Sara Qrillo/”Axios”
ABŞ Hörmüz boğazında gizli gəmiçilik dəhlizi yaradıb. Bu dəhliz vasitəsilə hər gün milyonlarla barel neftin daşınır.
Bu barədə iki məlumatlı mənbəyə istinadla “Axios” nəşri məlumat yayıb.
Mənbələrin sözlərinə görə, əməliyyat çərçivəsində hər gecə 15–20 tanker Oman sahilləri boyunca hərəkət edərək təxminən 10 milyon barel neft aparır. Bu, müharibədən əvvəlki həcmin təxminən yarısına bərabərdir.
“Artıq iki aydır ki, Hörmüz boğazının cənub hissəsinə biz nəzarət edirik. SEPAH müəyyən çətinliklər yarada bilər, amma o, boğaza nəzarət etmir. Bunu biz edirik” – nəşrə danışan mənbələrdən biri belə deyib.
“Axios” yazır ki, əməliyyata Şimali Karolinadakı qrup rəhbərlik edilir və Yaxın Şərqdəki tərəfdaşları ilə koordinasiyalı fəaliyyət göstərir. ABŞ hərbçiləri tankerlərin Ərəb dənizindən Fars körfəzinə daxil olmasına, nefti region ölkələrində boşaltmasına, daha sonra isə Hörmüz boğazından keçərək körfəzdən çıxmasına yardım edir.
Gəmi karvanları hərbçilərin göstərişlərinə uyğun olaraq müəyyən edilmiş vaxtlarda hərəkət edir. ABŞ hərbçiləri tankerləri İranın raket və dronlarından qoruyurlar. “Axios”-un yazdığına görə, yalnız bu həftə ABŞ qüvvələri İranın səkkiz dronunu və iki qanadlı raketini vurub.
“Politfm”



