Foto: internet

 

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,1 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 8,7 milyon dollar azdır. Ötən ilin eyni dövründə idxalın dəyəri 313,8 milyon dollar olub.

Əczaçılıq məhsullarının idxalı hesabat dövründəki ümumi idxalın (9 milyard 888 milyon manat) 3.08%-ni təşkil edir.

Ölkəyə gətirilən dərman vasitələrinin dəyərində cüzi azalma müşahidə olunsa da, daxili bazarda aktivlik və artım dinamikası qeydə alınır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ilin ilk 7 ayında ölkədə 24 milyon manatlıq əczaçılıq məhsulu istehsal olunub. Bu da illik müqayisədə 53,9%-lik ciddi artım deməkdir.

Pərakəndə ticarət şəbəkələrində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışı 1 milyard 79,9 milyon manata çatıb.

Vətəndaşların bu kateqoriya üzrə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% artıb.

“Politfm”