Foto: “Exilenova+” kanalının videopaylaşımından skrinşot

 

 

Avqustun 10-na keçən gecə Ukrayna ordusu Tatarıstana dron zərbələri endirib.

Nijnekamsk şəhərinin meri Radmir Belyayev “Telegram” kanalında yazıb ki, dronları həm sənaye müəssisələrini, həm də mülki obyektləri vururlar.

Belyayev hücum nəticəsində 13 nəfərin həlak olduğunu, respublikada matəm elan edildiyini bildirib.

Ukraynanın monitorinq kanallarının məlumatına görə, PUA-lar Avropanın ən böyük neft-kimya komplekslərindən biri olan “Nijnekamskneftexim” ASC-yə zərbə endiriblər.
Rusiya ordusu isə Sumiyə aviasiya bombaları atıb.

Sumı vilayət administrasiyasının rəhbəri Oleq Qriqorovun yazdığına görə, şəhərin mülki infrastrukturuna 5 zərbə endirilib.

Yaşayış sektorunda dağıntılar və zədələnmələr qeydə alınıb. Hücum nəticəsində 14 nəfər, o cümlədən 14 yaşlı yeniyetmə xəsarət alıb.

“Politfm”