Foto: internet


 

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal “Ookla” şirkəti iyun ayı üzrə “Speedtest Global Index” hesabatını açıqlayıb.


Mobil internetin orta sürəti göstəricisinə görə Azərbaycan 46-cı yerdədir (98,61 Mbit/s).
Region ölkələri arasında ən yüksək nəticə Türkiyədə qeydə alınıb. Ölkə 179,17 Mbit/s orta sürətlə 13-cü yeri tutub.

Gürcüstan 168,84 Mbit/s göstərici ilə 17-ci, Ermənistan 74,32 Mbit/s sürətlə 61-ci yerdə qərarlaşıblar.

Ən yüksək mobil internet sürəti 672,87 Mbit/s göstərici ilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydə alınıb.

Sabit (genişzolaqlı) internetin sürətinə görəsə Azərbaycan 149 ölkə arasında 84-cü yeri sıradadır.

“Politfm”