Foto: internet

 

 

Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, 2026-cı ilin ikinci rübündə qlobal mərkəzi bankların qızıla olan xalis tələbatı kəskin artaraq 289 tona çatıb. Bu göstərici birinci rübün yenidən baxılmış nəticəsindən (57 ton) beş dəfə yüksəkdir və ikinci rüb üçün rekord göstəricidir.

WGC-nin hesabatına əsasən, II rübdəki müsbət dinamika Polşa (+51 ton) və Çin (+33 ton) mərkəzi banklarının qızıl ehtiyatlarını artırmağa davam etməsi ilə bağlı olub.

Digər nəzərəçarpan alıcılar arasında Özbəkistan Mərkəzi Bankı (+16 ton), Qazaxıstan Milli Bankı (+15 ton), İordaniya Mərkəzi Bankı (+6 ton) və Çexiya Milli Bankı (+6 ton) yer alıb.
Rusiya Mərkəzi Bankı ehtiyatlarını 22 ton azaldaraq hesabat dövründə ən böyük satıcı olub. Birinci rübdə əsas satıcı olan (70 ton) Türkiyə Mərkəzi Bankı isə 4 ton qızıl satdığını bildirib.

İlin birinci yarısında mərkəzi bankların xalis tələbatı ümumilikdə 345 ton təşkil edib ki, bu da 2022-ci ildən (241 ton) bəri ən aşağı göstəricidir.

WGC ikinci rübdə mərkəzi bankların qızıl alışını artırmasını geosiyasi gərginliyin yüksəlməsi və qızılın qiymətinin ucuzlaşması ilə əlaqələndirib. Şuranın fikrincə, davam edən qeyri-müəyyənlik və beynəlxalq valyuta ehtiyatlarının şaxələndirilməsi istəyi də qızıla tələbi dəstəkləyən əsas amillər olub.

“Politfm”