Ana Səhifə Manşet Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxlayıb

18

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramizə Göyüşovun iddiası ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyevin azadlıqdan məhrum olunması barədə hökmdən şikayətə mahiyyəti üzrə baxılıb.   

Əliyev özü hələ ötən iclasda prosesdə iştirakdan imtina edib, ədalət mühakiməsinə etimadsızlığını bildirib. Bugünkü prosesə Əli Əliyevin tərəfdarları da buraxılmayıb.

İclas zamanı müdafiə tərəfi Əliyevin təqib edilməsinin qanunsuz olduğunu bildirib və məhkəmə tərəfindən ona bəraət verilməsini xahiş edib, “Müdafiə xətti” hüquq- müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib.

“Vəkillər qeyd ediblər ki, məhkəmə çəkişməsinə səbəb olan müsahibədə Əli Əliyev təhqirə yol verməyib.

İkincisi, Əli Əliyev ötən ilin noyabrında elan edilmiş amnistiya çərçivəsində azadlığa buraxılmalı idi.

Təəssüf ki, məhkəmə müdafiə tərəfinin dəlillərini qəbul etməyib, hökmü qüvvədə saxlayıb”, – Əhmədov deyib. Onun sözlərinə görə, “Müdafiə xətti” Əli Əliyevə qarşı təqibi siyasi motivli hesab edir,  onun hüquqlarının bərpası və həbsdən vaxtından əvvəl azad edilməsi üçün səy göstərmək niyyətindədir.

* Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin  zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara səbəb Əli Əliyevin mətbuatda 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyorun Rusiya tərəfindən vurulması ehtmalı barədə açıqlaması olub.  Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Qeyuşevin şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə verdiyi videomüsahibədə onu “dovşan”, “frayer” və “masturbant” adlandırdıqdan sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında İnternetdə yayılan kadrlar səbəb olub. Həmin kadrlarda Göyüşovun pornovideoya baxdığı görünür. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

**Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.