Foto: CENTCOM/”Reuters”


 

ABŞ İran hərbi obyektlərinə ardıcıl altıncı gecə zərbələri endirib. Tehran buna cavab olaraq cümə günü Amerikanın Körfəzdəki yeni hücumlar təşkil edilib.

ABŞ ordusundan güclü zərbələr

ABŞ hərbçiləri İranın ən böyük limanının, həmçinin mühüm hərbi dəniz qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektlərinin yerləşdiyi Bəndər-Abbas yaxınlığı və Qeşm adası da daxil olmaqla, ölkənin bir neşə ərazisinə zərbələr endiriblər.

“Qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və hərbi gəmilər də daxil olmaqla, ABŞ qüvvələri dəqiq idarə olunan sursatlarla sahil nəzarəti və hava hücumundan müdafiə sistemləri, hərbi maddi-texniki təminat infrastrukturu və dəniz imkanları kimi onlarla İran hərbi hədəfinə zərbələr endirib” – ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında belə deyilir.

İranın cavab hücumları regional müstəviyə keçir

İran regional müttəfiqlərini və qonşu dövlətlərdəki ABŞ hərbi bazalarını hədəf almağa başlayıb. İordaniyadakı ABŞ aviabazasına raketlər və dronlar atılıb.
Cümə günü səhər saatlarında İran ordusu bu ölkələrdəki ABŞ obyektlərinə hücum etdiyini bəyan edib.
Şahidlərin dediyinə görə, paytaxt Dohada bir neçə partlayışa bənzər səs eşidilib. Daxili İşlər Nazirliyi qəlpə yarası nəticəsində bir uşağın xəsarət aldığını bildirib.

İtkilər və dağıntılar: infrastruktur hədəf alınır

İran mediasının yaydığı məlumatlara görə, ABŞ-nin son zərbələri nəticəsində 5 körpü, Bəndər-Xəmir şəhərindəki dəmir yolu vağzalı və İranın cənub-şərqindəki İranşəhr hava limanı sıradan çıxarılıb.
İranın dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, Bəndər-Xəmirdə körpülərə endirilən zərbələr nəticəsində 7 nəfər həlak olub.

Hörmüz boğazında gəmilərin hərəkəti yenidən dayandırılıb

Gərginliyin artması neft və qaz daşınması üçün dünyanın ən mühüm gəmiçilik marşrutu olan Hörmüzdə daşımaları yenidən dayandırıb və qlobal enerji qiymətlərini yüksəldib.

Tehran boğazın blokadasını bərpa etdiyini açıqlayıb, Vaşinqtonsa çərşənbə günündən etibarən İran limanlarını yenidən blokadaya alıb.

Mənbələrin “Reuters”-ə verdiyi məlumata görə, Tehran infrastruktura hücum olacağı təqdirdə Yəməndəki husi müttəfiqlərindən Qırmızı dənizin girişindəki digər mühüm marşrutu – Bab Əl-Məndəb boğazını bağlamağı istəyib.

Ağ Evin və Tehranın diplomatik manevrləri

Keçən həftə İran boğazdan keçən gəmilərə zərbələr endirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt deyib ki, “ABŞ Prezidenti Donald Tramp İranın bunun bədəlini ödəməsini təmin etmədən boğazda bu cür aktiv terror aktlarının törədilməsinə seyirçi qalmayacaq. Amma prezident hər zaman diplomatiyaya açıqdır”.

İranlı mənbələr “Reuters”-ə bildiriblər ki, Tehranın məqsədi boğaz üzərində nəzarətini bərpa etməkdir. Bununla belə, Tehran iyun ayında imzalanmış və istədiklərinin böyük hissəsini ona qazandırdığını düşündüyü anlaşma memorandumunu alt-üst edəcək genişmiqyaslı gərginlikdə maraqlı deyil.

Digər tərəfdən, İran daxilində yenidən başlayan bombardmanlar yerli sakinləri ciddi təşvişə salıb. “Müharibənin yenidən başlaya biləcəyi qorxusuyla yaşamaq çox yorucudur. Bu cür yaşamaq mümkün deyil… Şəxsən mən diplomatiyanın qalib gəlməsini istəyirəm” – iranlı məmurlardan biri belə deiyb.

Boğaz uğrunda mübarizə: keçid rüsumu və alternativ marşrutlar

İran Hürmüz boğazından istifadə edən bütün gəmilərin onun sahillərinə yaxın keçiddən keçməsini tələb edir və memorandumda müəyyən edilmiş 60 günlük danışıqlar müddətinin sonunda keçid rüsumu tətbiq etmək niyyətindədir.
Vaşinqtonsa gəmiləri cənubdakı (Oman sahalləri boyunca) alternativ marşrutdan istifadə etməyə çağırıb.
CENTCOM bildirib ki, İranın boğaza nəzarət etmək qabiliyyətini sarsıtmaq üçün hava zərbələri sahilboyu hərbi hədəflərə yönəldilir.

İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiyə cümə axşamı bəyan edib ki, bu zərbələr işə yaramayacaq: “Çünki İran öz ərazisinin istənilən yerindən boğaza zərbə endirmək qabiliyyətinə malikdir”.

Quru əməliyyatı iddiası və yeni hədələr

ABŞ Prezidenti Donald Tramp İranın əsas neft ixracı terminalının yerləşdiyi Xarq adasını ələ keçirmək də daxil olmaqla, quru qoşunlarından istifadə ehtimalını istisna etməyib. Tramp bir daha təkrarlayıb ki, Tehran danışıq masasına qayıtmasa, növbəti həftə İranın elektrik stansiyaları və körpülərini vurulacaq.

“Politfm”