Foto: “Getty İmages”
Rusiyayla Ukrayna arasındakı dəniz müharibəsinin kəskinləşməsi qlobal bazara taxıl tədarükünün azalması təhlükəsini gücləndirir və bu, artıq qiymətlərə təsir göstərməyə başlayıb.
Çikaqo birjasında buğda fyuçersləri çərşənbə günü 5% bahalaşıb. Buna səbəb Ukraynanın dron hücumlarını Azov dənizindən Qara dənizə qədər genişləndirməsi, Rusiyanın isə Odessa vilayətindəki limanları və orada dayanan gəmiləri növbəti dəfə raket atəşinə tutması olub.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri (PSQ) iyulun 6-da Azov dənizində Rusiyanın tanker və gəmilərinə dronlarla hücumlara başladıqdan sonra buğdanın qiyməti kənd təsərrüfatı məhsullarının ticarəti üzrə dünyanın əsas platforması hesab olunan Çikaqo birjasında təxminən 13% artıb.
“Bloomberg” yazır ki, cümə axşamı buğda fyuçerslərinin qiyməti iki ayın ən yüksək səviyyəsinə qalxıb və bir buşel üçün 6,76 dollar (metrik ton üçün 248,4 dollar) olub.
“Politfm”



