Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, Almaniyadan deportasiya edildikdən sonra narkotik maddələrə görə 6 il müddətinə mühakimə olunan Pünhan Kərimli apellyasiya şikayəti verib.
Fəalın atası Vahid Kərimov Turan-a bildirib ki, şikayətə sentyabrda baxılacaq. O hesab edir ki, oğlu siyasi motivlərlə təqib olunur. “Oğlum heç ifadə verməyib. Onu işgəncə altında hansısa mətni imzalamağa məcbur ediblər”, – ata deyib və əlavə edib ki, narkotik maddəni polis əməkdaşları özləri qoyublar.
*Pünhan Kərimli Almaniyadan readmissiyadan bir ay yarım sonra, bu ilin yanvarında həbs edilib. O əmindir ki, Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarında iştiraka görə təqib edilir.
İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Pünhan Kərimlini 6 il müddətinə azadlıqdan məhrum edib.