NASA tərəfindən təqdim edilmiş bu illüstrasiyada günəşə bənzər TOI-791 ulduzu (solda arxa planda) və onun ətrafında kəşf edilən iki nəhəng planet təsvir olunub (Daniel Rutter/NASA/AP)
Oksford Universitetinin tədqiqatçısı Corc Dransfildin rəhbərlik etdiyi astronomlar qrupu Yerdən 1110 işıq ili uzaqlıqda yerləşən və sıxlığı hətta pambıq-şəkərin də sıxlığından az olan iki nəhəng ekzoplanet kəşf ediblər. Bu göy cisimləri öz ölçülərinə görə indiyə qədər məlum olan ən yüngül planetlərdir.
“Kral Astronomiya Cəmiyyətinin Aylıq bildirişləri” (“Monthly Notices of the Royal Astronomical Society”) jurnalında dərc olunamuş araşdırmada həmçinin qeyd olunub ki, bu “super-paff” (həddindən artıq şişkin) planetlər Yupiter boyda olsalar da, ondan 35 dəfə yüngüldürlər (“apnews.com”).
Cənub yarımkürəsindəki Volans (Uçan Balıq) bürcündə yerləşən bu planetlər haqqında bəzi təxminlər var. Atmosferlərindəki buludluluq dərəcəsinə görə ağ və ya mavi rəngdə olduqları ehtimal edilir, əsasən hidrogen və heliumdan ibarət olduqları düşünülür.
Planetlərin dəqiq kimyəvi tərkib NASA-nın “Ceyms Vebb” teleskopunun növbəti müşahidələrindən sonra bəlli olacaq.
Alimlərin fikrincə, bu cür dumanlı planetlər yeni doğulmuş ulduzların ətrafındakı bol qazlı disklərdə formalaşır və zamanla xarici təbəqələrini itirərək kiçilirlər.
NASA-nın TESS peyki və Yerdəki teleskopların birgə fəaliyyəti sayəsində kəşf edilən bu planetlər kosmosun təkamül prosesini anlamaq üçün unikal bir nümunə hesab olunur.
“Politfm”



