İsrailin ABŞ-İran razılşamasından sonra vurduğu Tir şəhəri, Livan, 16 iyun 2026 (foto: “Reuters”)
İsrail ordusu ABŞ Prezidenti Donald Trampın xəbərdarlığına məhəl qoymadan çərşənbə günü Livanın cənubundakı Nəbatiyə rayonuna zərbələr endirib, Nəbatiyə əl-Fövqa şəhərində reydlər keçirib.
Bu barədə “Al Jazeera Arabic” telekanalı məlumat yayıb.
İsrail rəsmiləri xəbəri şərh etməyiblər.
İran xəbərdarlıq edib ki, İsrail Livana hücumlarını dayandırmayacağı təqdirdə buna “sərt cavab” veriləcək.
“Hizbullah” isə bildirib ki, İsrail hücumları dayandırmayana qədər İran ABŞ ilə yeku nüvə sazişini imzalamamağa söz verib.
Bu məsələ son günlərdə Donald Tramp və İsrail rəhbərliyi arasında ixtilafa səbəb olub. ABŞ prezidenti dünənki açıqlamalarından birində deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu Livanla bağlı daha məsuliyyətli davranmalıdır.
İsrailin “Hizbullah”la “çox uzun müddətdir” döyüşdüyünü deyən Tramp bildirib ki, təşkilatın döyüşçülərini məhv etmək üçün çoxmənzilli yaşayış binalarını bombalamağa ehtiyac yoxdur.
“Politfm”



