Foto: internet
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üzrə orta gündəlik neft hasilatını 520 min barel səviyyəsində proqnozlaşdırır. Bu, may proqnozunda göstərilən həcmdən 20 min barel azdır.
Proqnoz EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatının iyun ayı üzrə məlumatında yer alıb.
May proqnozundakı göstəricilər belə idi:
– illik orta gündəlik neft hasilatı 540 min barel;
– I rübdə orta gündəlik neft hasilatı 550 min barel;
– II rübdə orta gündəlik neft hasilatı 540 min barel;
– III rübdə 530 min barel;
– IV rübdə 530 min barel.
Qurumun iyun proqnozunda isə orta gündəlik hasilatın həcmi bütün rüblər üzrə azaldılıb:
– I rübdə 530 min barel (20 min barel az);
– II rübdə 520 min barel (20 min barel az);
– III rübdə 520 min barel (10 min barel az);
– IV rübdə 510 min barel (20 min barel az).
“Politfm”



