Foto: AP

 

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bəyan edib ki, Birləşmiş Ştatlar gecə saatlarında Hörmüz boğazı üzərində patrul xidməti həyata keçirən ABŞ-yə məxsus “Apache” helikopterinin İran tərəfindən vurulmasına “zərurət yaranarsa, cavab verməlidir”.

Hərbçilərin verdiyi məlumata görə, dəyəri 40 milyon dollar olan döyüş helikopteri qəzaya uğrayandan sonra iki amerikalı hərbçi təhlükəli su hövzəsindən çıxarılaraq təxliyə olunub.

Tramp sosial şəbəkədə paylaşdığı mesajda insidentə görə İranı günahlandırıb və mümkün cavab zərbəsindən bəhs edib. Bu bəyanat onun İranla İsrail arasında genişmiqyaslı münaqişənin qarşısını almağa yönəlmiş müdaxiləsindən cəmi bir neçə saat sonra səslənib.

“İndicə mənə qəhrəman hərbçilərimizdən məlumat gəldi ki, ötən gecə iranlılar Hörmüz boğazı üzərində patrul xidməti həyata keçirən yüksək texnologiyalı “Apache” helikopterlərimizdən birini vurublar. Hadisə zamanı helikopterdə olan pilotların hər ikisi təhlükəsiz vəziyyətdədirlər və xəsarət almayıblar. Bununla belə, zərurət yaranarsa, Birləşmiş Ştatlar bu hücuma cavab verməlidir”.

ABŞ və İran aprelin 8-də əldə olunmuş atəşkəs razılaşmasına formal olaraq sadiq qaldıqlarını bildirirlər.

“Politfm”