Foto: internet
Azərbaycanda mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət gücləndiriləcək və bu sahədə ciddi yoxlamalar aparılacaq.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeni layihəyə əsasən, avtonom pilotsuz uçuş aparatları yalnız dövlətin müəyyən etdiyi xüsusi qaydalar çərçivəsində və ayrılmış xüsusi coğrafi zonalarda uça bilər.
Bundan başqa, mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyəsi yalnız xüsusi icazə əsasında mümkün olacaq.
“Politfm”



