Foto: AFP
İsrail Livana zərbələri davam etdirdiyinə görə Amerika prezidenti Donald Tramp telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahunu ağır söyüşlərlə təhqir edib; deiyb ki, İranla sülh danışıqlarında yaranmış problemin səbəbi İsrailin Livandakı “Hizbullah” qruplaşmasına zərbələri durdurmamasıdır.
“Axios” portalı bazar ertəsi bunu həmin danışığın təfərrüatlarına bələd olan və adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisinə istinadən yazıb.
Nəşrin iddiasına görə, Tram Netanyahunun üstünə qışqıraraq onu “lənətə gəlmiş başdanxarab” adlandırıb:
“Mən olmasaydım, indi həbsxanada idin. Sənin canını mən qurtarıram. Hamı sənə nifrət edir. Məhz sənə görə hamı İsrailə nifrət edir”.
“Axios”-a danışan digər bir mənbə isə Trampın “özündən çıxdığını” və bir məqamda Netanyahunun üstünə qışqıraraq “Sən nə hoqqa çıxarırsan” dediyini bildirib.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, Tramp İsrailin zərbələri nəticəsində Livanda çox sayda mülki vətəndaşın ölməsindən narahatlığını ifadə edib və bir “Hizbullah” komandirini zərərsizləşdirmək üçün bütöv binaları dağıtmasına etiraz edib.
Daha sonra Tramp ictimaiyyətə açıqlamasında bildirib ki, İsrail və “Hizbullah” arasında qismən atəşkəs barədə razılıq əldə olunub.
“Politfm”



