Ana Səhifə Dünya ABŞ Suriyada İslam Dövləti liderinin öldürüldüyünü bildirir

ABŞ Suriyada İslam Dövləti liderinin öldürüldüyünü bildirir

6

ABŞ hərbi qüvvələrinin çərşənbə axşamı bildirdiyinə görə, dron vasitəsi ilə həyata keçirilən zərbə nəticəsində yaraqlı qrupun yüksək səviyyəli beş liderindən biri olan Suriyada İslam Dövləti qrupunun lideri öldürülüb. Onun yaxın silahdaşlarından birinin ağır yaralandığı bildirilib.

ABŞ-ın Mərkəzi Komandanlığı açıqladığı bəyanatda bildirib ki, Mahir Əl-Aqal Suriyanın şimal-qərbində Cindayris yaxınlığındakı əraziyə edilən hücum zamanı öldürülüb.

“Bu əməliyyat onun uğurla həyata keçirilməsini təmin etmək üçün diqqətlə planlaşdırılıb. İlkin təhlillər mülki itkilərin olmadığını göstərir,” bəyanatda deyilir.

ABŞ Əl-Aqalın İraq və Suriyadan kənarda İŞİD şəbəkələrinin inkişafına cavabdeh olduğunu bildirib.

“Zərbə ABŞ-ın regiona və İŞİD-in davamlı məğlubiyyəti işinə sadiqliyini bir daha təsdiqləyib. İŞİD liderlərinin məhvi terror təşkilatının qlobal hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini sarsıdacaq” – deyə, Mərkəzi Komandanlığın sözçüsü, polkovnik Co Buççino bildirib.

Sözçü onu da əlavə edib ki, “İŞİD ABŞ və regiondakı tərəfdaşlar üçün təhlükə yaratmaqda davam edir”. Buççino ABŞ-ın “bölgədə davamlı mövcudluğunu qoruduğunu və regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizəni davam etdirəcəyini” deyib.