Foto: internet
2026-cı ilin mayın 1-i tarixinə Azərbaycan banklarının faiz və bu qəbildən olan gəlirləri 1 milyard 798.6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 265.1 milyon manat və ya 17.3% çoxdur (“valyuta.az”).
2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 533.5 milyon manat olub.
Hesabat dövründə kreditlər üzrə faiz gəlirlərində də artım qeydə alınıb. 2026-cı ilin mayın 1-i tarixinə bu gəlirlər 1 milyard 449.5 milyon manat təşkil edib. Bu, illik müqayisədə 242.7 milyon manat və ya 20.1% çoxdur.
2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 206.8 milyon manat səviyyəsində olub.
“Politfm”



