Foto: KCNA

 



Şimali Koreyada ABŞ ərazisini hədəf almaq qabiliyyətinə malik raketlər üçün hazırlanmış bərk yanacaqlı mühərrik sınaqdan keçirilib.

Dövlət mediasının yaydığı məlumata görə, prosesi ölkə lideri Kim Çen In da izləyib və yeni mühərriki ölkəsinin strateji hərbi arsenalını gücləndirən mühüm bir irəliləyiş adlandırıb.
Daha əvvəl Kim bəyan etmişdi ki, ölkəsi ABŞ və onun müttəfiqlərini hədəf alan, daha çevik və aşkarlanması çətin olan raketlər hazırlayacaq. Amma bəzi ekspertlər bu iddianın şişirdilmiş ola biləcəyini deyirlər.

Koreya Rəsmi Mərkəzi Xəbər Agentliyi (KCNA) yazır ki, Kim kompozit karbon materialdan istifadə edən reaktiv mühərrikin yerüstü sınağını izləyib.

Xəbərdə qeyd olunur ki, mühərrikin maksimum dartı qüvvəsi 2500 kilonyutondur. Bu, digər bərk yanacaqlı mühərrikin sentyabr ayındakı sınağı zamanı qeydə alınmış (1970 kilonyuton) nəticədən yüksəkdir.

 

“Politfm”